KARYERA
ƏLAQƏ

MEDİA

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri Abşeron Logistika Mərkəzinə səfər edib

Abşeron Logistika Mərkəzində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri ilə görüş keçirilib. Görüş zamanı iştirakçılara “Biznes Park Abşeron” layihəsi təqdim edilib. Sahibkarlara layihənin məqsədləri, fəaliyyət istiqamətləri və biznes üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Təqdimatdan sonra qonaqlar Parkın ərazisinə baxış keçirərək davam edən inkişaf prosesləri və layihənin perspektivləri ilə əyani şəkildə tanış olublar.

25.10.2025 Daha ətraflı
Daha ətraflı
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır

Azərbaycanın biznes mühitində innovativ yanaşmaları ilə seçilən kompleks - “Biznes Park Abşeron” istifadəyə verilir. Qeyd edək ki, layihə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilir və burada sahibkarlar üçün innovativ, funksional biznes mühiti yaradılmaqla yanaşı, yerli və beynəlxalq investorların diqqətini cəlb edən strateji imkanlar təqdim edilməkdədir. Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Biznes Park, Azərbaycanın ilk və ən böyük özəl biznes kompleksi olaraq, ölkədə sahibkarlıq mühitinin güclənməsinə və iqtisadi inkişaf strategiyasına mühüm töhfə verəcək.

13.10.2025
Daha ətraflı
Orta Dəhliz sadəcə tranzit yox, əlavə dəyər yaradan platforma olacaq

Azərbaycan Orta Dəhlizdə yeni mərhələyə qədəm qoyaraq Xəzər regionunu sadəcə tranzit zonası yox, əlavə dəyər yaradan logistika mərkəzinə çevirmək niyyətindədir. Bunu Abşeron Logistika Mərkəzinin Beynəxalq daşımalar departamentinin direktoru Nicat Əsgərov Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. 

25.09.2025
Daha ətraflı
Abşeron Logistika Mərkəzi “YAŞAT” Fondunun “Məktəbli ləvazimatları” layihəsinə dəstək verib

Abşeron Logistika Mərkəzi “YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək göstərib.  Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

15.09.2025
Daha ətraflı
Abşeron Logistika Mərkəzində aşırılan yüklərin həcmi açıqlanıb

Bu ilin əvvəlindən indiyədək Abşeron Logistika Mərkəzində 2,7 milyon ton yük aşırılıb.

11.09.2025
Daha ətraflı
Çindən Avropaya yola düşən qatar Abşeron Logistika Mərkəzinə çatıb

Sentyabrın 9-da Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.

09.09.2025
Daha ətraflı
Abşeron Logistika Mərkəzi kiçik dostlarımızı sevindirməyə davam edir

"ASAN Könüllüləri" Təşkilatının “ASAN Məktub” sosial proqramının təşkilatçılığı və “Abşeron Logistika Mərkəzi”nin dəstəyi ilə 3-14 yaş aralığında olan Balakən regionundan 27, Ağdaş regionundan 51 və Zaqatala regionundan 42 aztəminatlı uşağın arzusu reallaşdırılıb.

05.07.2025