KARYERA
ƏLAQƏ

MEDİA

COSCO Shipping Lines şirkətinin nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib

29.10.2025

“COSCO Shipping Lines" şirkətinin nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib. Səfər zamanı nümayəndələr "Biznes Park Abşeron" layihəsi ilə yaxından tanış olublar. Qonaqlara layihənin konsepsiyası, inkişaf mərhələləri və region üçün yaratdığı iqtisadi imkanlar haqqında ətraflı təqdimat edilib.


Təqdimat zamanı Parkda tətbiq olunacaq müasir logistika infrastrukturu, innovativ idarəetmə sistemləri, yük emalı və paylama proseslərinin üstünlükləri barədə geniş məlumat verilib. Bildirilib ki, “Biznes Park Abşeron” regional logistika zəncirində strateji mövqeyə malikdir və bununla Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsinə mühüm töhfə verəcək.


Görüşdə həmçinin beynəlxalq yükdaşımaların optimallaşdırılması, Orta Dəhliz üzərindən tranzit həcmlərinin artırılması və COSCO ilə potensial əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

 

geri