ƏLAQƏ

Beynəlxalq yükdaşımalar

 

Biz yüklərin dünyanın istənilən nöqtəsinə operativ, təhlükəsiz və ən uyğun şərtlərlə daşınmasını icra edirik. Hər bir sahibkara individual şəkildə yanaşaraq ən uyğun daşınma marşrutunu təyin edirik.

 

Mərkəzimizin təklif etdiyi beynəlxalq yükdaşıma xidmətlərinə aşağıdakilar aiddir:

  • Dəmir yolu ilə yük daşımaları
  • Hava yolu ilə yük daşımaları
  • Avtomobil yolu ilə yük daşımaları
  • Dəniz yolu ilə yük daşımaları

 

 

Dəmir yolu ilə yük daşımaları

 

Beynəlxalq əməkdaşlıqlarımız sayəsində səmərəli qiymət siyasətini davam etdirərək yüksək xidmət səviyyəsini qoruyuruq. Dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazımi logistik xidmətlərin tam kompleksini həyata keçiririk. Ən uyğun daşınma marşrutları təşkil edilərək yüklərinizi təhlükəsiz şəkildə çatdırırıq.

 

 

Hava yolu ilə yük daşımaları


Hava nəqliyyatı beynəlxalq daşımalarda istifadə olunan ən sürətli nəqliyyat növüdür. Eyni zamanda daşınma zamanı yüklərin digər daşıma növləri ilə müqayisədə daha təhlükəsiz daşınmasını təmin edir. Yüklərinizi təhlükəsiz, operativ və sürətli şəkildə çatdırırıq.

 

 

Avtomobil yolu ilə yük daşımaları


Avtomobil nəqliyyatı ilə yükdaşıma ən çox istifadə olunan beynəlxalq daşıma növlərindən biridir. Beynəlxalq yükdaşımalarda peşəkar heyətimiz ilə sürətli və keyfiyyətli xidmət təklif edirik.
 

 

Dəniz yolu ilə yük daşımaları

 

Mərkəzimiz dəniz yolu ilə yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik xidmətlərinin tam kompleksini təqdim edir. Uzaq məsafələrə yükün çatdırılması üçün dəniz nəqliyyatının istifadəsi daşıma xərclərini optimallaşdırmağa imkan verir. İxtisaslaşmış mütəxəssislərdən ibarət olan komandamız bu daşınma növü üzrə daşımaları sizin bütün tələblərinizə uyğun olaraq həyata keçirir. 

 

Məlumat mərkəzi:

Tel: +994 12 404 76 00

Mob: +994 50 555 52 52

E-mail: info@absheronport.az

Sifariş üçün müraciət forması

Minimal simvol sayı 7
Xahiş edirik düzgün email daxil edin
Format +994_________