Yaradılmış bir pəncərə sistemi ilə mərkəzdə yüksək, operativ və şəffaf xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdəyik.
Abşeron Logistika Mərkəzi “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə ISO 45001:2018, “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə ISO 14001:2015 və “Keyfiyyət İdarəetmə Sistemi” üzrə ISO 9001:2015, "FIATA" və "ABADA" beynəlxalq sertifikatlarına sahibdir. Bu isə fəaliyyətimizin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir.
Məişət sertifikatı, gigiyena sertifikatı, müqavilə, hesab-faktura, məhsulların listi. Yükün növündən asılı olaraq sənədlərin siyahısı dəyişə bilər.
Bəli. Tezxarabolan yüklərin daşınması tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Bəli. Təhlükəli yüklərin daşınması tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Bəli. Maye məhsulların daşınmasını təşkil edə bilərik.