MEDİA
Abşeron Logistika Mərkəzi “Çanqan və Xəzər dənizi arasında regional əməkdaşlıq və inteqrasiya” mövzusunda keçirilən iqtisadi-ticarət görüşündə iştirak edib
01.11.2025“Çanqan və Xəzər dənizi arasında regional əməkdaşlıq və inteqrasiya” mövzusunda iqtisadi-ticarət görüşü keçirilib.
Tədbirdə Abşeron Logistika Mərkəzinin nümayəndə heyəti iştirak edib. Görüş zamanı Çin–Azərbaycan əməkdaşlığının genişləndirilməsi, logistika və investisiya imkanları müzakirə olunub. Görüşdə vurğulanıb ki, Abşeron Logistika Mərkəzinin inkişafı Azərbaycanın tranzit ölkə statusunu möhkəmləndirməklə yanaşı, Xəzər regionunu Orta Dəhlizin əsas logistik qovşaqlarından birinə çevrilməsinə töhfə verir.