MEDİA
Shanghaı Internatıonal Port (Group) Abşeron Logistika Mərkəzində
Abşeron Logistika Mərkəzi Çin Xalq Respublikasının aparıcı liman və logistika şirkətlərindən biri olan Shanghai International Port (Group) Co., Ltd. (SIPG) nümayəndə heyətini qəbul edib.
11.09.2026 Daha ətraflı
Çin Xalq Respublikasının Şaanşi Əyalət Nəqliyyat Departamenti, Shaanxi Rail Transit Group Co., Ltd., Xi'an Chanba International Port Administrative Committee və Xian Free Trade Port Construction and Operation Co., Ltd. nümayəndələrindən ibarət heyət Azərbaycana səfəri çərçivəsində Abşeron Logistika Mərkəzini ziyarət edib.
08.09.2026
Açılış mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti, aparıcı logistika şirkətlərinin rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin təmsilçiləri iştirak ediblər.
24.07.2026
Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sanders Abşeron Logistika Mərkəzini ziyarət edib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov da iştirak edib. Səfər çərçivəsində nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin logistika və terminal xidmətləri, multimodal tranzit yükdaşımaların təşkili və gömrük əməliyyatlarının səmərəli idarə olunması barədə məlumat təqdim olunub. Görüşdə Abşeron Logistika Mərkəzində istifadə olunan rəqəmsal həllər və dövlət qurumları ilə qarşılıqlı fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “bir pəncərə” sistemi Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yollarının informasiya sistemləri ilə inteqrasiya olunaraq gömrük və logistika proseslərinin vahid platforma üzərindən operativ, şəffaf və səmərəli idarə edilməsini təmin edir.
15.07.2026
Azərbaycanın regionda əsas nəqliyyat və logistika habına çevrilməsi strategiyasında modern infrastruktur obyektləri mühüm rol oynayır. Bu qəbildən olan ən strateji layihələrdən biri ölkənin quru yolları ilə yükdaşımalarında mühüm rol oynayan Abşeron Logistika Mərkəzidir. 2018-ci ildə dövlət başçısı tərəfindən Bakının Qaradağ rayonunda açılışı reallaşan mərkəz beynəlxalq sertifikata, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik qurumdur. Mərkəzin Biznes departamentinin direktoru Elçin Adıyev mövcud göstəricilər, yükaşırma qabiliyyəti, beynəlxalq əməkdaşlıq və yeni yaradılan sənaye məhəlləsi ilə bağlı “vergiler.az”a danışıb.
06.07.2026
Elşad Namazov, Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru: Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlamışdır. Mərkəzin açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionun ən böyük quru yük limanlarından biridir. Ərazidə yerləşən gömrük postu logistika proseslərinin operativ və səmərəli təşkilinə imkan yaradır. Beynəlxalq və daxili yükdaşımaları, terminal, anbar, gömrük və broker xidmətləri eləcədə digər logistika xidmətləri vahid pəncərə prinsipi əsasında həyata keçirilir.
09.06.2026
Abşeron Logistika Mərkəzi və onun törəmə şirkəti Xi’an Absheron Logistics 10-cu İpək Yolu Beynəlxalq Sərgisi və Şərqi və Qərbi Çin arasında Əməkdaşlıq üzrə İnvestisiya və Ticarət Forumunda iştirak edib.
05.06.2026