KARYERA
ƏLAQƏ

MEDİA

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sanders Abşeron Logistika Mərkəzini ziyarət edib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov da iştirak edib. Səfər çərçivəsində nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin logistika və terminal xidmətləri, multimodal tranzit yükdaşımaların təşkili və gömrük əməliyyatlarının səmərəli idarə olunması barədə məlumat təqdim olunub. Görüşdə Abşeron Logistika Mərkəzində istifadə olunan rəqəmsal həllər və dövlət qurumları ilə qarşılıqlı fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “bir pəncərə” sistemi Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yollarının informasiya sistemləri ilə inteqrasiya olunaraq gömrük və logistika proseslərinin vahid platforma üzərindən operativ, şəffaf və səmərəli idarə edilməsini təmin edir.

15.07.2026 Daha ətraflı
Daha ətraflı
Orta Dəhlizdə Azərbaycanın rəqabət üstünlüyü: Abşeron Logistika Mərkəzi multimodal daşımaları gücləndirir

Azərbaycanın regionda əsas nəqliyyat və logistika habına çevrilməsi strategiyasında modern infrastruktur obyektləri mühüm rol oynayır. Bu qəbildən olan ən strateji layihələrdən biri ölkənin quru yolları ilə yükdaşımalarında mühüm rol oynayan Abşeron Logistika Mərkəzidir. 2018-ci ildə dövlət başçısı tərəfindən Bakının Qaradağ rayonunda açılışı reallaşan mərkəz beynəlxalq sertifikata, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik qurumdur. Mərkəzin Biznes departamentinin direktoru Elçin Adıyev mövcud göstəricilər, yükaşırma qabiliyyəti, beynəlxalq əməkdaşlıq və yeni yaradılan sənaye məhəlləsi ilə bağlı “vergiler.az”a danışıb.

06.07.2026
Daha ətraflı
Sərgi biznes əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır

Elşad Namazov, Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru: Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlamışdır. Mərkəzin açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionun ən böyük quru yük limanlarından biridir. Ərazidə yerləşən gömrük postu logistika proseslərinin operativ və səmərəli təşkilinə imkan yaradır. Beynəlxalq və daxili yükdaşımaları, terminal, anbar, gömrük və broker xidmətləri eləcədə digər logistika xidmətləri vahid pəncərə prinsipi əsasında həyata keçirilir.

09.06.2026
Daha ətraflı
Abşeron Logistika Mərkəzi və onun törəmə şirkəti Xi’an Absheron Logistics 10-cu İpək Yolu Beynəlxalq Sərgisində iştirak edib

Abşeron Logistika Mərkəzi və onun törəmə şirkəti Xi’an Absheron Logistics 10-cu İpək Yolu Beynəlxalq Sərgisi və Şərqi və Qərbi Çin arasında Əməkdaşlıq üzrə İnvestisiya və Ticarət Forumunda iştirak edib.

05.06.2026
Daha ətraflı
Abşeron Logistika Mərkəzinin dəstəyi ilə “Hədiyyə Karvanı” layihəsi həyata keçirilib

Abşeron Logistika Mərkəzinin dəstəyi ilə “Hədiyyə Karvanı” layihəsi həyata keçirilib. Layihə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilib.

01.06.2026
Daha ətraflı
Huawei ME&CA-nın təchizat zənciri rəhbərliyi Abşeron Logistika Mərkəzində işgüzar səfərdə olub

Huawei ME&CA şirkətinin Təchizat Zənciri Departamentinin rəhbəri, Qafqaz regionu üzrə komanda rəhbəri və Azərbaycan üzrə təchizat zənciri rəhbəri Abşeron Logistika Mərkəzinə işgüzar səfər edib. Görüş zamanı qonaqlar Mərkəzin geniş logistika imkanları, müasir anbar infrastrukturu və innovativ əməliyyat həlləri ilə tanış olublar.

09.04.2026
Daha ətraflı
Abşeron Logistika Mərkəzinin tərəfdaşlığı ilə “2026-cı il Şəhərsalma və Memarlıq İli” çərçivəsində “GreenCity Hackathon” keçirilib

Abşeron Logistika Mərkəzi Şençjen şəhərində təşkil olunan 3-cü “China Railway Express Shippers & Carriers Expert Seminar”da iştirak edib. “Dəyişən Qlobal Təchizat Zəncirində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Gələcəyi” mövzusuna həsr olunmuş tədbir, Avrasiya üzrə dəhliz tərəfdaşlarını, aparıcı logistika şirkətlərini, tədqiqat institutlarını və yük sahiblərini bir araya gətirib.

08.04.2026