MEDİA
Niğde Ömer Halisdemir Universiteti və Bakı Avrasiya Universitetinin rektorları Abşeron Logistika Mərkəzinə səfər edib
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru Hasan Uslu və Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Abşeron Logistika Mərkəzinə səfər edib.
08.04.2026 Daha ətraflı
Abşeron Logistika Mərkəzi müasir standartlara cavab verən yeni anbar kompleksini istifadəyə verib. Ümumi sahəsi 80 000 m² olan kompleks tam infrastrukturlu olmaqla geniş logistika imkanlarına malikdir. Kompleksin Abşeron Ticarət Mərkəzinə və digər böyük ticarət obyektlərinə yaxın yerləşməsi burada saxlanılan məhsulların qısa zamanda satışa çıxarılmasını asanlaşdırır.
02.03.2026
Abşeron Logistika Mərkəzi Şençjen şəhərində təşkil olunan 3-cü “China Railway Express Shippers & Carriers Expert Seminar”da iştirak edib. “Dəyişən Qlobal Təchizat Zəncirində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Gələcəyi” mövzusuna həsr olunmuş tədbir, Avrasiya üzrə dəhliz tərəfdaşlarını, aparıcı logistika şirkətlərini, tədqiqat institutlarını və yük sahiblərini bir araya gətirib.
21.01.2026
“Beynəlxalq Qida və Aqrar Biznes Forum-Sərgi”də sponsor qismində iştirak edən Abşeron Logistika Mərkəzi yeni layihəsi olan “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin təqdimatını həyata keçirib. Təqdimat zamanı rezidentlər üçün nəzərdə tutulan güzəştlər, imtiyazlar və geniş fəaliyyət imkanları haqqında ətraflı məlumat verilib. Forum iştirakçılarına həmçinin sənaye mühitinin inkişafı və biznes proseslərinin optimallaşdırılması istiqamətində görülən işlər təqdim olunub.
10.12.2025
İqtisadiyyat Nazirliyi "Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsini dövlət qeydiyyatına alıb. Abşeron Logistika Mərkəzinin layihəsi olan "Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin yaradılma məqsədi ölkədə sənaye ekosistemini gücləndirmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək və sahibkarlara yüksək səmərəliliklə fəaliyyət göstərə biləcəkləri funksional biznes mühiti təqdim etməkdir.
09.12.2025
Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzində işgüzar səfərdə olublar.
04.11.2025
Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzinə işgüzar səfər ediblər. Səfər zamanı tərəflər arasında iqtisadi və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
03.11.2025