






MEDİA
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri Abşeron Logistika Mərkəzinə səfər edib
25.10.2025Abşeron Logistika Mərkəzində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvləri ilə görüş keçirilib.
Görüş zamanı iştirakçılara “Biznes Park Abşeron” layihəsi təqdim edilib. Sahibkarlara layihənin məqsədləri, fəaliyyət istiqamətləri və biznes üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Təqdimatdan sonra qonaqlar Parkın ərazisinə baxış keçirərək davam edən inkişaf prosesləri və layihənin perspektivləri ilə əyani şəkildə tanış olublar.
Qeyd edək ki, “Biznes Park Abşeron” sahibkarlara istehsal və anbar sahələrinin icarəsi də daxil olmaqla bütün zəruri infrastruktur və xidmətlərin vahid məkanda təqdim olunduğu innovativ platformadır. Rezidentlər burada istehsal sahələrini genişləndirə, məhsullarını yerli bazara çıxarmaqla yanaşı, digər ölkələrə ixrac etməklə bizneslərini daha da inkişaf etdirə bilərlər. Bu isə sahibkarlara xərclərin optimallaşdırılması, rəqabət qabiliyyətinin artırılması və yeni bazarlara çıxış imkanlarını yaradır.