ƏLAQƏ

ABŞERON LOGİSTİKA MƏRKƏZİNƏ XOŞ GƏLMİSİNİZ

 

Ümid edirəm ki, logistika xidmətlərinin güvənilir təminatçısı kimi tanınan Mərkəzimiz haqqında saytımızdan ətraflı məlumat əldə edəcəksiniz.

 

Biz keyfiyyətli xidmət göstəririk.

Biz sadə bir səbəbə görə müştərilərimizin etimadını və hörmətini qazanmışıq, çünki komandamızda öz sahələri üzrə peşəkar olan insanlar çalışır. Etdiyimiz bütün işlərin mərkəzində komanda ruhu dayanır.

 

Müştəri məmnuniyyəti bizim üçün ən vacib dəyərdir.

Bizim yalnız bir məqsədimiz var: müştərilərilərimizin ehtiyaclarını ön planda tutmaqla onlar üçün ən keyfiyyətli xidməti göstərmək.

Göstərdiyimiz xidmətlərdə təhlükəsizlik və şəffaflığı təmin etməklə müştərilərimizin etibarına nail olmuşuq.

 

Azərbaycanda logistika sektorunun inkişafına dair yeniliklər edirik.

Azərbaycanda logistika sektorunun inkişafına böyük töhvələr verəcək yeniliklər gətirmişik. Həmçinin əhəmiyyətli layihələrə imza ataraq böyük nailiyyətlər əldə etmişik. Davamlı səylərimiz nəticəsində bazarın aparıcı və nümunəvi logistika şirkətlərindən birinə çevrilmişik.

 

Biz öz dəyərlərimizə önəm veririk.

Gördüyümüz bütün işlərin, biznesin idarə edilməsi proseslərinin mərkəzində dəyərlərimiz durur. Onlar həmçinin həmkarlarımızla, tərəfdaşlarımızla və müştərilərimizlə necə əlaqə qurduğumuzu göstərir.

Korporativ mədəniyyətimiz bizim necə fəaliyyət göstərdiyimizi müəyyən edən sadə korporativ dəyərlər toplusu ilə müəyyən edilir – güvən, peşəkarlıq, innovasiya və ətraf mühitə qayğı.

Ümid edirəm ki, bütün bunlar sizə Abşeron Logistika Mərkəzi ilə daha yaxından tanış olmaq üçün kömək etmişdir. İstər müştəri, istər biznes tərəfdaşı, istərsə də gələcək işçimiz olmağınızdan asılı olmayaraq sizi Abşeron Logistika Mərkəzində görməkdən məmnun olarıq.

 

Ziya Ağayev

İdarə Heyətinin sədri