KARYERA
ƏLAQƏ

MEDİA

Niğde Ömer Halisdemir Universiteti və Bakı Avrasiya Universitetinin rektorları Abşeron Logistika Mərkəzinə səfər edib

08.04.2026

Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru Hasan Uslu və Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Abşeron Logistika Mərkəzinə səfər edib.


Görüş zamanı tərəflər arasında nəzəri biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası, birgə təşəbbüslərin inkişafı və gələcək layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra qonaqlar Mərkəzin geniş logistika potensialı, müasir anbar kompleksi və tətbiq edilən qabaqcıl əməliyyat sistemləri ilə yaxından tanış olublar.


Bu əməkdaşlıq innovativ layihələrin reallaşdırılmasının təşviqi baxımından mühüm hesab edilir.

geri