KARYERA
ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzi “Beynəlxalq Qida və Aqrar Biznes Forum-Sərgi”də sponsor qismində iştirak edib

10.12.2025

“Beynəlxalq Qida və Aqrar Biznes Forum-Sərgi”də sponsor qismində iştirak edən Abşeron Logistika Mərkəzi yeni layihəsi olan “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin təqdimatını həyata keçirib.
 

Təqdimat zamanı rezidentlər üçün nəzərdə tutulan güzəştlər, imtiyazlar və geniş fəaliyyət imkanları haqqında ətraflı məlumat verilib. Forum iştirakçılarına həmçinin sənaye mühitinin inkişafı və biznes proseslərinin optimallaşdırılması istiqamətində görülən işlər təqdim olunub.


Qeyd edək ki, “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin əsas məqsədi ölkədə sənaye ekosisteminin gücləndirilməsi, innovativ texnologiyaların tətbiqinin təşviqi və sahibkarlara yüksək səmərəliliklə fəaliyyət göstərə biləcəkləri funksional biznes mühitinin yaradılmasıdır.

geri