MEDİA
Abşeron Logistika Mərkəzi gömrük rejimlərinin effektiv tətbiqinə başladı
Abşeron Logistika Mərkəzi logistika və ticarətin inkişafına dair müəyyən edilmiş hədəfə uyğun olaraq, yük dövriyyəsinin artırılması, tranzit yüklərin cəlb edilməsi və həmin yüklər üzərində əlavə dəyər yaradılması istiqamətində bir sıra strateji layihələr həyata keçirir. Hal-hazırda Mərkəzdə gömrük rejimlərinin effektiv tətbiqi ilə qonşu ölkələrin gömrüklü anbarlarında saxlanılan yük həcmlərinin bir qisminin ölkəyə cəlb edilməsi məqsədilə tranzit yüklərin emalından və re-eksport rejimindən yararlana biləcək bir çox beynəlxalq şirkətlərlə danışıqlar aparılır. Həmçinin daşınan yüklərin dəmiryoluna cəlb edilməsi vasitəsilə ölkədə dəmiryolu ilə daşınan yüklərin həcminin artırılması hədəflənmişdir.
29.06.2021 Daha ətraflı
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin müsahibəsi
01.04.2021
Abşeron Logistika Mərkəzi korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinin təminatına dəstək olmaq üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb.
17.12.2020
Cəmiyyət dəstəyinin zəruri olduğu bir vaxtda Abşeron Logistika Mərkəzi də həmrəylik göstərərək Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb.
05.10.2020
Abşeron Logistika Mərkəzi fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun olaraq davam etdirir.
02.09.2020
Abşeron Logistika Mərkəzi yükdaşımaları sahəsində beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Mərkəz tərəfindən verilən məlumata görə, iqtisadiyyatın inkişafına daha da dəstək verəcək növbəti layihəyə imza atılaraq 24 avqustda beynəlxalq konteyner daşımaları üzrə dünyada aparıcı şirkətlərdən biri olan COSCO SHIPPING Lines ilə mərkəz arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
25.08.2020
Abşeron Logistika Mərkəzi tərəfindən Azərbaycan iqtisadiyyatına böyük fayda qazandıracaq yeni 3PL xidməti göstərilən “A+” kateqoriyalı anbarların inşası artıq yekunlaşmaq üzrədir.
10.08.2020