ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzi şəxsi kabinet istifadəyə verdi

11.05.2022

Abşeron Logistika Mərkəzi tərəfindən aparılan rəqəmsal transformasiya prosesinin davamı olaraq sahibkarların rahatlığını təmin etmək məqsədilə şəxsi kabinet istifadəyə verilib. Artıq sahibkarlar xidmətlərdən istifadə edən zaman Mərkəzə yaxınlaşmalarına ehtiyac olmayacaq.

Uniser şirkəti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində ərsəyə gələn bu yenilik sayəsində sahibkarlar şəxsi kabinetdən qeydiyyatdan keçərək, istənilən vaxt bütün prosesləri onlayn şəkildə, asanlıqla idarə edə bilərlər. Eyni zamanda bütün xidmətlər üzrə hesabatları aylıq olaraq platforma üzərindən əldə etmək də mümkündür. Həmçinin platforma vasitəsilə şəffaflıq və e-təhlükəsizliyi yaxşılaşdırılmaqla proseslərin daha da effektiv idarə olunmasına nail olunacaqdır.

İstifadəçilər cb.absheronport.az səhifəsinə daxil olaraq, açılan pəncərədəki xanalara müvafiq məlumatları qeyd edərək şəxsi kabinetdən həm fiziki şəxs, həm də hüquqi şəxs olaraq qeydiyyatdan keçə bilərlər. Sahibkarlar şəxsi kabinet vasitəsilə hal-hazırda aktiv olan terminal və broker xidmətləri üzrə sifarişlərini edə, yüklərini izləyə, bütün lazımi sənədləri yükləyə və ödənişlərini onlayn şəkildə edə bilərlər. Ən qısa zamanda mərkəz tərəfindən təklif olunan digər xidmətlər üzrə əməliyyatlar da platformaya əlavə olunacaq.

geri