ƏLAQƏ

MİSSİYA, STRATEJİ BAXIŞ, DƏYƏRLƏR

 

Missiyamız

  • Müştərilər üçün ilk seçilən biznes tərəfdaşı olaraq;
  • Peşəkarlığı və şəffaflığı ön planda tutmaqla işimizdə daim innovasiya tətbiq edərək;
  • Ölkə iqtisadiyyatının inkişafına dəstək olaraq

Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhvə vermək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Strateji baxışımız

Avrasiya üzrə aparıcı logistika mərkəzinə çevrilmək.

 

 

Dəyərlər

Dürüstlük

Biznesimizin təməlində dürüstlük dayandığı üçün verdiyimiz sözlərə görə müştərilərimiz qarşısında məsuliyyət daşıyırıq. Biz özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq bütün gündəlik işlərimizdə ən yüksək etik standartları tətbiq edirik.

 

İnnovasiya

Müasir dövrdə daim dəyişən müştəri tələbatının dolğun ödənilməsi üçün müxtəlif kanallar vasitəsilə yüksək keyfiyyətli, innovativ məhsul və xidmətlərimizi təklif  edirik.

Biz, innovasiyaları təşviq edir, daima sektorun qabaqcıl praktika nümunələrini tətbiq etdirik.

Gördüyümüz işlərdə mükəmməlliyi tətbiq etməklə uğurlar əldə edirik. Qarşılaşdığımız maneələrdən də əldə edilə biləcək imkanları görməyə çalışır və həmişə peşəkar səriştəni rəhbər tuturuq.

 

Peşəkarlıq

Müştərilərimizin biznes ehtiyaclarını öyrənərək onların ehtiyaclarına uyğun həllər tətbiq edirik. Biz həmişə qoyduğumuz standartlara riayət edirik və öz işimizə peşəkar şəkildə yanaşırıq. Bütün gördüyümüz işlərin məsuliyyətini qəbul edirik və diqqətimizi müştərilərimiz üçün “ilk seçim” biznes tərəfdaşı olmağa yönəldirik.

 

Təhlükəsizlik

Abşeron Logistika Mərkəzi bütün işçilərini özünün ən mühüm dəyəri kimi qiymətləndirir və bütün işçilərin təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir. Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir.

 

Ətraf mühitə qayğı

Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək məqsədimizdir. Biz çalışırıq ki, gündəlik fəaliyyətimiz ətraf mühitə minimal təsir göstərsin.

Ətraf mühitə qayğı ilə yanaşırıq və “yaşıl” şirkət olmaq üçün səy göstəririk.