ƏLAQƏ

MEDİA

PERSPEKTİVLİ ƏMƏKDAŞLIQLAR ÜÇÜN ƏLA FÜRSƏT

05.06.2025

Marketinq və Kommunikasiya Departamentinin direktoru Elşad Namazovun müsahibəsi

Abşeron Logistika Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. 65 ha ərazidə yerləşən Mərkəzdə Abşeron dəmiryolu yük stansiyası və Abşeron gömrük postu fəaliyyət göstərir. Mərkəz beynəlxalq və ölkədaxili yükdaşımalar, broker, gömrük, terminal eləcə də anbar xidmətləri də daxil olmaqla bütün logistik xidmətləri təqdim edir.

Biz bu sərgidə mütəmadi olaraq iştirak edirik və hər zaman yeni layihələrimizi təqdim edirik. Məsələn, bu il Çinin Xian şəhərində nümayəndəliyimizi açdıq. Bu addım Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişlənməsi ilə birbaşa əlaqəlidir. Həmin dəhliz Çin ilə Avropa ölkələrini birləşdirən strateji nəqliyyat xəttidir. Sərgidə müxtəlif sahələri təmsil edən çoxsaylı Çin şirkətlərininin nümayəndələri də var və onlar məhsullarının daha operativ və təhlükəsiz daşınmasında maraqlıdırlar. Biz də bu sahədə onlara tam dəstək göstərməyə hazırıq və artıq aparılan danışıqlar ümidverici nəticələr vəd edir.

Hesab edirəm ki, bu sərginin Caspian Energy Week çərçivəsində keçirilməsi olduqca uğurlu təşəbbüsdür. Biz neft-qaz sektoru ilə sıx əməkdaşlıq edirik və bir çox nüfuzlu şirkətlərin etibarlı logistika tərəfdaşıyıq. Paralel olaraq keçirilən Caspian Oil&Gas sərgisində iştirak isə daha geniş auditoriyanın cəlb olunmasına və əlavə əlaqələrin qurulmasına imkan yaradır.

Bu il Caspian Oil&Gas sərgisi 30 illik yubileyini qeyd edir. Təşkilatçıları, iştirakçıları və bu tədbirin keçirilməsində əməyi keçən bütün şəxsləri təbrik edirəm. 30 il - böyük bir mərhələdir və bu sərginin aktual olmasının və əhəmiyyətinin göstəricisidir.

geri