ƏLAQƏ

MEDİA

İlkin Zeynallı Abşeron Logistika Mərkəzinin Müşahidə Şurasına yeni üzv təyin edilib

11.03.2021

Abşeron Logistika Mərkəzi öz inkişaf strategiyasına uyğun olaraq peşəkar kadr heyətini davamlı şəkildə gücləndirməkdədir. Bildirmək istərdik ki, İlkin Zeynallı mərkəzin Müşahidə Şurasına yeni üzv təyin edilib.

İlkin Zeynallı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr, Georgia State University (ABŞ, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsini (MBA) fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsilini və idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA) almışdır. O, həmçinin dünyanın ən nüfuzlu biznes məktəblərindən biri olan Harvard Business School-un PLD/Executive MBA proqramını tamamlamışdır.

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə 3PL, konteyner, vaqon, gömrük, broker, anbarlama və nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə sahibkarlara yüksək səviyyəli və operativ xidmət göstərilir. Mərkəz ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq sertifikatlarına sahibdir.

 

geri