ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzi Avrasiya bölgəsində ən böyük beynəlxalq nəqliyyat və logistika sərgisi “Logitrans – 2018”-da

17.11.2018

Avrasiya bölgəsində ən böyük beynəlxalq nəqliyyat və logistika sərgisi “Logitrans – 2018” dünyanın lider logistika şirkətlərini 12-ci dəfə İstanbulda bir araya gətirdi. 14 – 16 noyabr tarixlərində 20 ölkədən 136 şirkətin qatıldığı sərgidə Abşeron Logistika Mərkəzinin nümayəndə heyəti də iştirak etmişdir. Bir çox logistika şirkətləri ilə görüşlər keçirən heyət, qarşılıqlı iş əlaqələrinin qurulması, yeni imkanların mövcudluğu və tərəflər üçün maraqlı olan digər mövzuları müzakirə etdilər. Beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş Abşeron Logistika Mərkəzi haqqında sərgi iştirakçılarına geniş məlumat verildi. Azərbaycanda bu cür logistik mərkəzin fəaliyyət göstərməsi sərgi iştirakçılarının böyük marağına səbəb oldu.

geri