ƏLAQƏ

MEDİA

Vladislav Krikliy Abşeron Logistika Mərkəzində

07.12.2019

Dekabrın 5-də Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayevin və ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliyin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib. 

Tərəflər Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər haqqında geniş müzakirələr aparıb. Vladislav Krikliy nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına maraqlı olduğunu qeyd edib. 

Qonaqlar Abşeron Logistika Mərkəzinin layihəsi ilə də yaxından tanış olublar. Onlara mərkəzin fəaliyyəti, logistikanın inkişafı istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.

geri