ƏLAQƏ

MEDİA

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Abşeron Logistika Mərkəzində

16.01.2019

Ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev yanvarın 15-də Abşeron Logistika Mərkəzində olublar. Qonaqları Mərkəzin direktoru Ziya Ağayev və Abşeron gömrük postunun rəisi Muxtar Şükürov qarşılayıblar.

Görüş zamanı Muxtar Şükürov Abşeron Gömrük postunun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Gömrük işinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə istifadə edilən müasir avadanlıqların iş prinsipi nümayiş etdirilib.

Eyni zamanda Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev bildirib ki, mərkəzin qısa müddətdir fəaliyyətdə olmasına baxmayaraq, müştərilərə beynəlxalq standartlara uyğun xidmət göstərilir. Ziya Ağayev qonaqlara gələcək planlar haqqında da ətraflı məlumat verib.

geri