

MEDİA
Abşeron Logistika Mərkəzi “YAŞAT” Fondunun “Məktəbli ləvazimatları” layihəsinə dəstək verib
15.09.2025Abşeron Logistika Mərkəzi “YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək göstərib. Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.
Respublikanın bütün ərazisi üzrə 900-dən çox şəhidin 1500-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Abşeron Logistika Mərkəzi təşəbbüsə qoşularaq məktəblilər üçün hazırlanan qutuların çatdırılmasına dəstək olub. Ümumilikdə məktəblilərin 800 nəfərə qədəri oğlan, 700 nəfərə qədəri isə qızdır.
Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir.