

MEDİA
Abşeron Logistika Mərkəzinin dəstəyi ilə "Hədiyyə Karvanı" layihəsi həyata keçirilir
01.06.2025“YAŞAT” Fondunun təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi davam edir.
Layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarının hər birinə hədiyyə qutusu yaşayış ünvanlarında bilavasitə çatdırılır. Mərkəzimiz də bu layihədə balaca dostlarımızın üzündə sevinc yaratmaq məqsədilə öz dəstəyini göstərir. Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dək uşağı əhatə edir. Məqsəd onlara sevinc bəxş etmək və hərtərəfli inkişaflarını dəstəkləməkdir.