


MEDİA
UNEC-də XVI Karyera Yarmarkası keçirilib
07.05.2025Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində UNEC-in 95 illik yubileyinə həsr olunan XVI Karyera Yarmarkası keçirilib.
Abşeron Logistika Mərkəzinin nümayəndə heyəti də keçirilən yarmarkada iştirak edib.
Çıxışlarda gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində Mərkəzdə həyata keçirilən layihələrə diqqət çəkilib. Xüsusilə, logistika sahəsində gənclərin təcrübə əldə etmələrini təmin edən təlimlərin əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, Abşeron Logistika Mərkəzinin gənclərə peşəkar həyatlarında uğur qazanmaları üçün təqdim etdiyi imkanlar vurğulanıb.
Abşeron Logistika Mərkəzi olaraq, gənclərin gələcəyinə işıq salmağa, onların inkişafına dəstək olmağa və gələcəyin liderlərini yetişdirməyə davam edirik.