
MEDİA
Abşeron Logistika Mərkəzinin dəstəyi ilə "Hədiyyə Karvanı" layihəsi həyata keçirilib
01.06.2024“YAŞAT” Fondunun təşkilatçılığı, Abşeron Logistika Mərkəzi və “Nar”ın dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilib.
4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılıb. Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edib. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.