ƏLAQƏ

MEDİA

“Ekoloji avtomobillərin yürüş-festivalı” Abşeron Logistika Mərkəzində baş tutacaq

23.04.2024

12 mayda “Ekoloji avtomobillərin yürüş-festivalı” baş tutacaq. Yürüşün finişi və ekoloji avto-sərgi Abşeron Logistika Mərkəzində gerçəkləşəcək.

 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən həyata keçirilən (AADA) növbəti ekoloji avtomobillərin yürüş-festivalı ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur.

 

Ekoloji avtomobil karvanının Heydər Əliyev Mərkəzindən start alması nəzərdə tutulur. Yürüşün finişi və ekoloji avto-sərgi Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzi olan Abşeron Logistika Mərkəzində baş tutacaq. AADA-nın rəsmi tərəfdaşı Abşeron Logistika Mərkəzi həm də regionun ilk “yaşıl” logistika mərkəzidir. Mərkəzdə festivalın qonaqlarını maraqlı tanıtım turu, ən yeni avtomobillərin təqdimatları, əyləncəli proqram gözləyir. Hər il olduğu kimi tədbirdə məktəblilər arasında AADA-nın təşkil etdiyi “Gələcəyin avtomobili” rəsm müsabiqəsinin nəticələrinin elan olunma mərasimi də keçiriləcək.

 

Məlumdur ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Bu baxımdan ekoloji avtomobillərin yürüş-festivalı simvolik məna daşıyır.

geri