MEDİA
Azərbaycan və Qazaxıstan prezidentləri Çinin Sian terminalından Abşeron Logistika Mərkəzinə konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər
12.03.2024Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat Logistika Mərkəzi tərəfindən yola salınan 61 konteynerdən ibarət qatar, 7 min km məsafəni 11 günə qət edərək 11 mart tarixində Abşeron Logistika Mərkəzinə çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Abşeron terminalına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib.
İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.