ƏLAQƏ

MEDİA

İmkanlar nümayiş etdirmək üçün əla platforma

02.06.2023

Elşad Namazov, Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya departamentinin müdiri:

“Abşeron Logistika Mərkəzi” bütün növ logistik əməliyyatlarla məşğuldur. Xidmətlərimizə həm ölkədaxili, həm də beynəlxalq daşımalar, anbarda yüklərin saxlanılması və sair daxildir.

Biz hər il TransLogistica Caspian sərgisində iştirak edirik. Bu, imkanlarınızı nümayiş etdirmək üçün əla platformadır. Bu cür tədbirlər həm də şirkətin nüfuzuna təsir göstərdiyi üçün önəmlidir.

Əsas məqsədimiz yeni potensial tərəfdaşlarla tanış olmaq və işgüzar əlaqələri genişləndirməkdir. Ümid edirik ki, bu il biz daha çox əlaqələr qura və biznesin daha yüksək səviyyəsinə çata biləcəyik. Əsas istiqamətimiz Rusiya və digər MDB ölkələridir.

Şadam ki, bu il sərgi daha genişdir, üstəlik, bu sərgi Caspian Oil & Gas sərigisi ilə paralel keçirilir ki, bu da böyük auditoriyanın olmasını təmin edir. Bu gözəl tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirir, onlara və bütün iştirakçılara uğurlar arzulayıram!

geri