ƏLAQƏ

MEDİA

"Səyyar kofe evləri" layihəsi həyata keçirilib

28.02.2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi həyata keçirilib. Qeyd olunan layihə çərçivəsində Bakı və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən 20 nəfərə səyyar kofe satışı üzrə kiçik bizneslərini qurmaları üçün avadanlıqlar təqdim olunub. Layihənin təqdimat mərasimi Abşeron Logistika Mərkəzində keçirilib.

 

Təqdimat mərasimindən sonra Dövlət Məşğulluq Mərkəzinin İdarə Heyətinin sədri Abbasbəyli Mustafa Abşeron Logistika Mərkəzinin anbar sistemi ilə də tanış olub. Ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

geri