ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzinin rəhbəri AzTU-ya səfər edib.

24.02.2023

Fevralın 23-də Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə səfər edib. Səfər çərçivəsində Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevlə AzTU-nun rektoru Vilayət Vəliyev arasında görüş keçirilib.

 

Rektor bildirib ki, Abşeron Logistika Mərkəzində keçirilən sonuncu görüş zamanı verilən təkliflərin və müzakirə olunan məsələlərin daha operativ icrası üçün hər iki tərəfdən müştərək komissiya yaradılıb.

 

Komissiyanın üzvləri ilkin olaraq görülən və görüləcək işlərlə bağlı plan hazırlayıblar. Plana uyğun olaraq komissiya tədris, elmi-tədqiqat və təcrübə ilə bağlı müəyyən olunan məsələlərin icrasını həyata keçirəcəklər.

 

Daha sonra qonaqlar AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə tanış olublar.

geri