ƏLAQƏ

MEDİA

Abşeron Logistka Mərkəzində AzTU-nun tədris mərkəzi fəaliyyətə başladı

09.02.2023

Abşeron Logistika Mərkəzində Azərbaycan Texniki Universitetinin Təlim-Tədris Mərkəzi yaradılıb. Bununla bağlı fevralın 8-də Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev və AzTU-nun rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

 

Görüş zamanı kadr hazırlığı, elmi-texniki tədqiqat məsələləri müzakirə olunub və bununla bağlı işçi qrupu yaradılıb.

Abşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Vilayət Vəliyev qarşılıqlı nəzəri və praktiki dərslərin, həmçinin seminarların keçirilməsi ilə bağlı təkliflər səsləndirib.

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev Mərkəzin mütəxəssislərinin universitetin tələbələrinə seminarlar və praktiki dərslərin tədrisi ilə bağlı təklifi müsbət qarşıladığını bildirib.

 

Mərkəzimiz tələbələrin akademik təhsili zamanı əyani iş təcrübəsi qazanmasını, bununla da müasir tələblərə cavab verəcək kadr potensialının inkişafına töhfə vermək təşəbbüslərini daim dəstəkləyir.

geri