ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzində yeni təyinat

10.06.2022

Abşeron Logistika Mərkəzinin "Beynəlxalq daşımalar" departamentinə direktor təyin edilib.

 

Nicat Əsgərov Abşeron Logistika Mərkəzində "Beynəlxalq daşımalar" departamentinin direktoru vəzifəsinə təyin olunub. O, beynəlxalq daşımaların effektiv idarə edilməsinə rəhbərlik edəcək. N.Əsgərov bundan öncə “Panalpina Central Asia E.C.”- də və bir sıra tanınmış beynəlxalq logistika şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

 

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə 3PL, konteyner, vaqon, gömrük, broker, anbarlama və nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "bir pəncərə" sistemi ilə sahibkarlara yüksək səviyyəli və operativ xidmət göstərilir. Mərkəz ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.

geri