ƏLAQƏ

Abşeron Logistika Mərkəzi “Beynəlxalq daşıma əməliyyatları üzrə koordinator” vəzifəsinə vakansiya elan edir

 

 

Ümumi vəzifə öhdəlikləri:

  • Fasiləsiz beynəlxalq daşıma proseslərini təmin etmək üçün beynəlxalq daşıyıcılar, ekspeditorlar və logistika təminatçıları ilə qarşılıqlı əlaqələrin yaradılması
  • Daşıma prosesinin düzgün işləməsini təmin etmək üçün beynəlxalq tənzimləyici orqanlar da daxil olmaqla əsas maraqlı tərəflərlə strateji əlaqələrin inkişafı
  • Şəffaflığı, əməliyyat səmərəliliyini artırmaq, marşrutları optimallaşdırmaq və izləmək üçün texnoloji həllərin tətbiqi
  • Tranzit əməliyyatları ilə bağlı lazım olan bütün icazə və rəsmiləşdirmə proseslərini təmin etmək üçün Gömrük Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqənin yaradılması
  • Beynəlxalq marşrutlarda risk qiymətləndirməsinin aparılması və mümkün riskləri minimuma endirmək üçün uyğun strategiyaların tətbiqi
  • RFQ prosesi çərçivəsində rəqabətli tariflər və xidmət müqavilələri əldə etmək üçün logistik xidmət daşıyıcıları və təchizatçıları ilə danışıqların aparılması
  • Sənədlərin hazırlanması, təkliflərin təhlili, maliyyə analizi və etibarlılığa əsaslanan podratçı seçimi daxil olmaqla RFQ prosesinin koordinasiyası
  • İdxal və ixrac fəaliyyətlərini iş ehtiyacları və sifarişçi tələbləri ilə uyğunlaşdırmaq üçün Təchizat, Satış, Hüquq Departamentləri və Sifarişçi tərəflərlə kommunikasiyanın təşkili
  • İdxal-ixrac əməliyyatlarına təsir göstərə biləcək ən son beynəlxalq ticarət qanunlarını, tarifləri və ticarət müqavilələrini izləmək
  • Komanda üzvlərinin biliklərini, beynəlxalq nəqliyyat prosedurlarına və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün təlim və nəzarət prosesinə yönləndirilmək
  • Üst rəhbərliyin nəzərdən keçirməsi üçün nəqliyyat fəaliyyəti, xərclər və səmərəlilik göstəriciləri barədə ətraflı hesabatların hazırlanması
  • Mərkəzin Beynəlxalq daşımalarla bağlı imkanlarının genişləndirilməsi üçün üst rəhbərliyə müvafiq səmərəliləşdirici təkliflərin hazırlanması

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (nəqliyyat, logistika, və ya biznesin idarə edilməsi sahələri üzrə)
  • Nəqliyyat, logistika və ya digər əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi
  • Normativ aktları, beynəlxalq nəqliyyat qaydaları, gömrük prosedurları və transsərhəd tranzit tələbləri barədə hərtərəfli məlumatlı olmaq
  • Azərbaycan, İngilis və Rus dillərini sərbəst bilməli
  • Beynəlxalq logistika sahəsində istifadə olunan ən son proqram təminatı və nəqliyyat idarəetmə texnologiyaları ilə tanışlıq

 

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 18.05.2024-cü il tarixidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşıma əməliyyatları üzrə koordinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV yüklə
Formanı doldurun
Minimal simvol sayı: 3
Format: +994_________
Format: example@hotmail.com
Fayl yüklənməyib

müraciət

Şəxsi məlumatlar

Qeyd olunmuş vakansiya üçün elektron 3 mərhələli müraciət formasını doldurun

Minimal simvol sayı: 3
Minimal simvol sayı: 3
Minimal simvol sayı: 3
Çinsiyyəti seçin
Doğum tarixini seçin
Minimal simvol sayı: 4
Ailə vəziyyətini seçin
Minimal simvol sayı: 3
Minimal simvol sayı: 3
Minimal simvol sayı: 3

müraciət

Şəxsi məlumatlar

Qeyd olunmuş vakansiya üçün elektron 3 mərhələli müraciət formasını doldurun

Format: +994_________
Format: example@hotmail.com
Fayl yüklənməyib

müraciət

Təhsil haqqında

Qeyd olunmuş vakansiya üçün elektron 3 mərhələli müraciət formasını doldurun

Təhsil
Təlim

müraciət

Dil və kompyuter bilikləri

Qeyd olunmuş vakansiya üçün elektron 3 mərhələli müraciət formasını doldurun

Komputer bilikləri

müraciət

İş təcrübəsi

Qeyd olunmuş vakansiya üçün elektron 3 mərhələli müraciət formasını doldurun

İş yeri
geri