MEDIA
08.07.2020Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində geniş və müasir infrastruktura malik Abşeron Tikinti Materialları Mərkəzi inşa edilir. Sədərək və Meyvəli ticarət mərkəzləri, Abşeron Logistika Mərkəzi, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlıqda yerləşməsi buranın gələcək perspektivindən xəbər verir.
Mərkəzin qeyd olunmuş ərazidə yaradılması şəhər mərkəzində sıxlığın aradan qaldırılması, iri tonnajlı maşınların hərəkətinin qarşısını almaqla yol infrastrukturu və ekoloji mühitin yaxşılaşdırılması, kənd təsərrüfatı üçün yararsız torpaq sahələrinin səmərəli istifadəsi və regionların inkişafı proqramı çərçivəsində yeni iş yerlərinin yaradılması ilə əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaradır.
Tam təmirli Tikinti Materialları Mərkəzi ümumilikdə 152 ha ərazini əhatə edəcək. Burada bütün növ inşaat materiallarının satışı planlaşdırılır. Mərkəzdə qapalı, açıq, yarımqapalı, eyni zamanda anbarlarla təchiz olunmuş mağazaların icarəsi və satışı nəzərdə tutulub.
Müştərilərin rahatlığını təmin etmək məqsədilə ərazidə avtodayanacaq, otel, bank şöbələri, restoran və digər iaşə obyektləri də fəaliyyət göstərəcək.
Həmçinin təhlükəsiz mühitin yaradılması istiqamətində ən son texnologiyalarla təchiz edilmiş kamera nəzarəti və yanğından mühafizə üçün 7/24 formatında güvənli xidmət göstəriləcək.