CONTACT

MEDIA

14.06.2019

18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, TRACECA üzrə hökumətlərarası komissiyanın Azərbaycanda milli katibi Akif Mustafayev, “Iteca Caspian LLC” şirkətinin icraçı direktoru Fərid Məmmədov və başqaları Abşeron Logistika Mərkəzinin stendini ziyarət etdilər. Mərkəzimiz haqqında geniş təsəvvür yaratmaq məqsədi ilə hazırladığımız terminalımızın maketi qonaqların xüsusi marağına səbəb oldu.

“TransCaspian 2019” sərgisində Abşeron Logistika Mərkəzinin stendi bir çox yerli və xarici şirkət nümayəndələri, ziyarətçilər, həmçinin sərgi iştirakçılarının da xüsusi marağına səbəb olmuşdur. Onlara mərkəzimizin hal-hazırkı fəaliyyəti və əldə etdiyi son nailiyyətlər haqqında məlumat verilmişdir.

back