CONTACT

MEDİA

25.12.2019

Abşeron Logistika Mərkəzi daha bir uğura imza ataraq ISO 9001:2015 beynəlxalq “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatına layiq görülüb. Bu sertifikatın əldə edilməsi mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir.

Audit mərhələsinə hazırlıq üçün mərkəzdə işçi qrupu yaradılmış, üç illik strateji plan hazırlanmış, mərkəzin yeni təşkilati strukturu formalaşdırılmışdır. Fəaliyyət sahələri üzrə əsasnamələr, biznes proseslər, prosedur və işçi təlimatları hazırlanmış, mərkəzin texnikalarından istifadə səmərəliliyinin artırılması üçün texniki qulluq planları formalaşdırılmış, təhlükəsiz iş mühiti yaradılmışdır.

Növbəti mərhələdə “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən mərkəzdə audit keçirilmişdir. Audit qrupunun rəyinə əsasən, burada aparılan işlərin beynəlxalq standartlara uyğun həyata keçirildiyi bildirilmişdir.

Sertifikatın əldə edilməsində əsas məqsəd davamlı təkmilləşdirməni əsas tutaraq göstərilən xidmət keyfiyyətinin daha da artırılması və müştəri məmnuniyyətinin qazanılması olub.

Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən logistik mərkəzdir. 65 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, anbar, nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə müştərilərə yüksək səviyyəli və operativ xidmət göstərilir.

 

back