ƏLAQƏ

Beynəlxalq yükdaşımalar

 

Biz yüklərin dünyanın istənilən nöqtəsinə operativ, təhlükəsiz və ən uyğun qiymətlərlə daşınmalarını icra edirik. Hər bir sahibkara individual şəkildə yanaşaraq ən uyğun daşınma marşrutunu təyin edirik.

 

Mərkəzimizin təklif etdiyi Beynəlxalq yükdaşıma xidmətlərinə aşağıdakilar aiddir:

 

  • Dəmir yolu ilə yük daşımaları
  • Konteyner daşımaları
  • Hava yolu ilə yük daşımaları
  • Avtomobil yolu ilə yük daşımaları
  • Dəniz yolu ilə yük daşımaları

 

Dəmir yolu ilə yük daşımaları

 

Beynəlxalq əməkdaşlıq sayəsində səmərəli qiymət siyasətini davam etdirərək yüksək xidmət səviyyəsini qoruyuruq. Dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazımi olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini həyata keçiririk. Ən uyğun daşınma marşrutları təşkil edilərək yüklərinizi təhlükəsiz şəkildə çatdırırıq.

 

Konteyner daşımaları

 

Dəmiryolu vasitəsilə konteyner daşıma xidmətini təklif edirik. Ən uyğun daşınma marşrutları təşkil edilərək yükləriniz təhlükəsiz şəkildə çatdırılır. Həmçinin, dünyanın istənilən yerindən dəmir yolu vasitəsilə konteynerlərdə avtomobillərin multimodal daşımanı sərfəli şərtlərlə çatdırılmasını həyata keçiririk. Sahib olduğumuz 15 000 m2 konteyner saxlama ərazisi gəmi agentlikləri və intermodal investorlar üçün bir göndəriş mərkəzi qurmağa imkan yaradır.

 

Hava yolu ilə yük daşımaları


Hava nəqliyyatı beynəlxalq daşımalarda istifadə olunan ən sürətli nəqliyyat növüdür. Eyni zamanda daşınma zamanı bütün məhsulların digər daşıma növləri ilə müqayisədə daha təhlükəsiz daşınmasını təmin edir.
Yüklərinizi təhlükəsiz, operativ və sürətli şəkildə çatdırırıq.

 

Avtomobil yolu ilə yük daşımaları


Avtomobil nəqliyyatı ilə yükdaşıma ən çox istifadə olunan beynəlxalq daşıma növlərindən biridir.  Beynəlxalq yükdaşımalarda peşəkar heyətimiz ilə sürətli və keyfiyyətli xidmət təklif edirik.
 

Dəniz yolu ilə yük daşımaları

 

Mərkəzimiz dəniz yolu ilə yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik xidmətlərinin tam kompleksini təqdim edir. Uzaq məsafələrə yükün çatdırılması üçün dəniz nəqliyyatının istifadəsi daşıma xərclərini optimallaşdırmağa imkan verir. İxtisaslaşmış mütəxəssislərdən ibarət olan komandamız bu istiqamət üzrə daşımaları sizin bütün tələblərinizə uyğun olaraq həyata keçirir. 

 

Məlumat mərkəzi:

Tel: +994 12 404 76 00

Mob: +994 50 555 52 52

E-mail: info@absheronport.az

Sifariş üçün müraciət forması

Minimal simvol sayı 7
Xahiş edirik düzgün email daxil edin
Format +994_________