ƏLAQƏ
Nə üçün Abşeron Logistika Mərkəzini seçək?

Yaradılmış bir pəncərə sistemi ilə mərkəzdə yüksək, operativ və şəffaf xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdəyik.

Beynəlxalq sertifikatlara sahibsinizmi?

Abşeron Logistika Mərkəzi “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə ISO 45001:2018, “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə ISO 14001:2015, “Keyfiyyət İdarəetmə Sistemi” üzrə ISO 9001:2015 və "FIATA" beynəlxalq sertifikatlarına sahibdir. Bu isə fəaliyyətimizin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir. 

Beynəlxalq daşınmanın təşkili üçün hansı sənədlər lazımdır?

Mənşə sertifikatı, gigiyena sertifikatı, müqavilə, hesab-faktura, məhsulların listi. Yükün növündən asılı olaraq sənədlərin siyahısı dəyişə bilər.

Maye məhsulların daşınmasını təşkil edirsiniz?

Bəli. Maye məhsulların daşınmasını təşkil edə bilərik.