КОНТАКТЫ

МЕДИА

24.03.2020

Abşeron Logistika Mərkəzi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə dövlət tərəfindən hayata keçirilən tədbirləri tam dəstəkləyərək bu istiqamətdə təşəbbüslərini davam etdirir.

Bununla bağlı olaraq, Abşeron Logistika Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat vəsait ayırıb.

“Covid-19 ilə mübarizə istiqamətində ölkə rəhbərliyinin və hökumətin atdığı addımları dəstəkləməyi öz vəzifəmiz hesab edirik. Birlik nümayiş etdirməklə hər bir şeyin öhdəsindən gələ bilərik və bunun üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə mərkəzin baş direktoru Ziya Ağayev bildirib.

назад