КОНТАКТЫ

МЕДИА

09.12.2019

5 dekabrda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən təşkil olunan “Qonaq Elmi İşçilər Proqramı” çərçivəsində tədqiqat aparan Şri-Lanka, Banqladeş və Hindistan nümayəndələri ilə Abşeron Logistika Mərkəzində görüş keçirilib. Qeyd edək ki, tədqiqatçılar “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı mövzusunda araşdırmalar aparırlar. Keçirilən görüşdə qonaqlara Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi əhəmiyyəti, mərkəzin əldə etdiyi uğurlar, logistikanın inkişafı üçün həyata keçirilən layihələr və onların nəticələri haqqında ətraflı məlumat verilib. Görüşdən sonra qonaqlar mərkəzdə yaradılmış şəraitlə də tanış olublar.

назад