МЕДИА
01.10.2019Abşeron Logistika Mərkəzi ölkə iqtisadiyyatına öz töhfəsini verməkdə davam edir.
Bu günlərdə dünyanın ən böyük ticarət şirkətlərindən biri olan Trafigura Pte Ltd, Gədəbəy rayonu ərazisində çıxarılan mis konsentratını ixrac etməyə başlayıb. Nəzərinizə çatdırmaq istərdik ki, bu ixrac əməliyyatları Abşeron Logistika Mərkəzindən həyata keçirilir. İlkin mərhələdə çəkisi təxminən 2800 ton olan 40 vaqon mis konsentratının göndərilməsi nəzərdə tutulub. Gələcəkdə ixrac həcminin artırılması da planlaşdırılır.