ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzində koronavirus (COVID-19) pandemiyasına qarşı qabaqlayıcı müvafiq tədbirlər davam etdirilir

29.03.2020

Abşeron Logistika Mərkəzində koronavirus (COVID-19) pandemiyasına qarşı qabaqlayıcı müvafiq tədbirlər davam etdirilir. Mərkəzin ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Anbarlar, nəqliyyat vasitələri, texnikalar, vaqonlar və konteynerlər, o cümlədən bütün təmas olunan hissələr daxil olmaqla ümumilikdə 11 000 m2 ərazi dezinfeksiya olunub. Açıq sahə və platformalar mütəmadi olaraq xüsusi tərkibli maye ilə yuyulur. Əməkdaşların və müştərilərin sağlamlığı üçün bütün lazımi tədbirlər görülür.

geri