ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzi “YAŞAT” Fonduna 50 min manat ianə ayırdı

17.12.2020

Abşeron Logistika Mərkəzi korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinin təminatına dəstək olmaq üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb. Mərkəz fondun hesabına yardım məqsədilə 50 min manat məbləğində vəsait köçürüb.
Abşeron Logistika Mərkəzinin kollektivi Vətən Müharibəsində yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan qəhrəmanlarımızın ailələrinə və yaxınlarına isə başsağlığı verir.

 

geri