ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzində yeni təyinat olub

28.08.2020

Ceyhun Mustafayev mərkəzin Anbar Logistikası üzrə icraçı direktor vəzifəsinə təyin olunub.

Ceyhun Mustafayev Abşeron Logistika Mərkəzində 3PL (Third Party Logistics) xidmətinin tətbiqi, 3PL xidməti üzrə gömrük, anbar əməliyyatlarının, beynəlxalq daşımaların, əlavə dəyər xidmətlərinin effektiv idarə edilməsinə rəhbərlik edəcək.

Qeyd edək ki, Ceyhun Mustafayev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb. O, bir sıra tanınmış  şirkətlərdə kommersiya müdiri, əməliyyatlar departamentinin müdiri və digər rəhbər vəzifələrdə çalışıb.

O, tədarük zəncirinin, logistik əməliyyatların və müştəri məmnuniyətinin effektiv idarə edilməsi, WMS (Warehouse Management Service), çarpaz yükləmə (cross docking) sistemlərinin anbarlarda tətbiqi, satınalmanın planlanması, xüsusilə də 3PL xidmətinin təşkil olunmasında peşəkar təcrübəyə sahibdir.

geri