ƏLAQƏ

Peşəkar ekspertlərin nəzarəti altında inşa edilən, beynəlxalq standartlara uyğun, “A+” kateqoriyalı anbarlarda yüklərin başlanğıc nöqtədən son nöqtəyə qədər təchizat zəncirindəki bütün əməliyyatların daha səmərəli planlanmasında əhəmiyyətli paya sahib olan 3PL xidmətini təklif edirik.

Abşeron Logistika Mərkəzi 3PL xidməti vasitəsilə satıcı və alıcı arasında vasitəçi rolunu oynamaqla müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, anbar, nəqliyyat, konsolidasiya və dekonsolidasiya, gömrük rəsmiləşdirilməsi, yüklərin sığortalanması, qablaşdırma, stikerləmə, ekspeditor, sifarişlərin çatdırılması və əlavə dəyər xidmətlərini təqdim edir.

Anbar əməliyyatlarına çəkilən xərc və zaman azaldılaraq yüklərin çatdırılması ən effektiv şəkildə idarə edilir. Əlverişli coğrafi yerləşməsi olan, ən son texnologiyalar ilə təchiz edilmiş rəfli anbarlarda 24/7 təhlükəsizlik nəzarəti mövcuddur. Bütün əməliyyatları dəqiq, sistemli və keyfiyyətli şəkildə aparmaq üçün anbarlar ən müasir WMS (Warehouse Management System) proqram təminatı ilə təchiz olunub. İrihəcmli və ya xüsusi hazırlıq tələb edən yüklərin çatdırılması xüsusi yanaşma ilə standartlara uyğun şəkildə həyata keçirilir.  

Sifariş üçün müraciət forması

Minimal simvol sayı 7
Xahiş edirik düzgün email daxil edin
Format +994_________